Beyləqanda velosipedçini avtomobil vurub öldürdü


Digərləri 19 Noy 2019 08:08:00 249 0

Beyləqanda velosipedçini avtomobil vurub öldürdü

Beyləqanda velosipedçini avtomobil vurub.

Son.az Trend-ə istinadən bildirir ki, noyabrın 17-də saat 19 radələrində Beyləqan rayonunun İmamverdilər kəndi ərazisində Ağcabədi rayon sakini V.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə velosipedlə yolu keçən Qarallar kənd sakini Fərhad Əhmədovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qraşdırma aparılır.