Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq


Digərləri 18 Noy 2019 23:51:00 269 0

Bu elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq

Noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.

Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.