Xərçəngdən ölən Neslicana Bodrumda heykəl qoyuldu


Digərləri 18 Noy 2019 21:54:00 351 0

Xərçəngdən ölən Neslicana Bodrumda heykəl qoyuldu

Xərçəng xəstəliyi səbəbindən 20 yaşında dünyasını dəyişən Neslican Taya Bodrumda heykəl qoyulub.

Son.az "Qafqazinfo"ya isitnadən xəbər verir ki, şişdən dolayı sol ayağını itirən və 4 dəfə xərçənglə mübarizə aparan Neslican 2 ay əvvəl dünyasını dəyişib. Mübarizəsi ilə çox insana ümid verən qızın ölümü Türkiyəni yasa boğmuşdu. Bodrumda yaşayan memarlar - Mustafa, Kadir və Mehmet qardaşları Tayın xatirəsini əbədiləşdirmək üçün poladdan heykəlini hazırlayıblar.

Abidə Bodrum bələdiyyəsinə bağışlanıb. Heykəl bələdiyyə idarəsinin bağçasına yerləşdirilib.

(adsgarden = window.adsgarden || []).push({});