Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq


Digərləri 18 Noy 2019 19:57:00 282 0

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

Noyabrın 19-da Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

Bakı. Samir Əli - Noyabrın 19-da Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov Trend-ə bildirib ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin