Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü


Digərləri 18 Noy 2019 15:10:00 274 0

Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunda qeydə alınıb. Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həşimli Razil Rza oğlu idarə etdiyi "VAZ 21074" markalı, 10 LZ 807 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən, 1959-cu il təvəllüdlü Abdurəhmanov Çingiz Gülalı oğlunu vurub. (adsgarden = window.adsgarden || []).push({}); Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin