Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır


Digərləri 18 Noy 2019 15:03:52 280 0

Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.