"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?"


Şou-biznes 18 Noy 2019 14:56:00 314 0

"Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?"

Nadir Qafarzadə Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib.

Son.az xəbər verir ki, müğənni ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, əgər insanlar 700 manata bilet alıb konsertə gedə bilirlərsə, kasıblıqdan gileylənməməlidirlər:

''Mən Cem Yılmazı, ümumiyyətlə, tanımıram. Ölkəmizdə reklam olandan sonra tanımışam. Evimdə bizim telekanallara baxan yeganə insan mənəm. Deyə bilərəm ki, yeni nəsildən heç kimi tanımıram. Çünki mənə maraqlı da deyil. Mən öz sözünü demiş sənətçiləri yaxşı tanıyıram. Məsələn, Aydan Şener, Türkan Şoray kimi sənətkarlar. Cem Yılmaz barəsində  pis heç nə demirəm. Sadəcə, başa düşə bilmirəm ki, axı, nəyə görə onun kimiləri gətirirlər stand-up üçün? Onun kimilər bizim cəmiyyəti marifləndirmir. Savadımızı, biliyimizi artırmır. Düşünürəm ki, daha sanballı insanlar gəlməlidir ölkəyə. Bizim öz komediya aktyorlarımızdan Fərda Xudaverdiyev, Müşviq Abbasov var. Mənim fikrimcə, başqalarına ehtiyac yoxudur. Bizim əhali əgər 700 manat verib, Cem Yılmazın stand-up şousuna gedirsə, deməli, ölkəmizdə hər şey yaxşıdır. Həmin insanlar şikayət etməsinlər ki, biz pis yaşayırıq. Mitinqlər keçirməsinlər. Düşünürəm ki, 700-800 manat az məbləğ deyil. Hansısa müəllimin, hansısa elm adamının 2 aylıq əmək haqqıdır''  

N.Qafarzadə əməkdaşımızın ''nəyə görə öz sənətkarlarımıza bu qədər qiymət verməyənlər əcnəbi sənətçilərə pərəstiş edirlər?'' sualına sənətçi belə cavab verib: