İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək


Dünya 18 Noy 2019 14:11:00 297 0

İran hökuməti benzinin bahalaşmasına görə təzminat verəcək

İran hökuməti benzinin bahalaşmasından daha çox zərər çəkmiş yoxsul təbəqələrə noyabrın 18-dən başlayaraq pul ödənişləri edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, subsidiyalar 19 milyonadək ailəyə şamil olunacaq.

Ödənişlərin məbləği ailə üzvlərinin sayından asılı olacaq.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib.