Məşhur serial 2020ci ildə ekranlara qayıdacaq


Digərləri 18 Noy 2019 12:13:00 335 0

Məşhur serial 2020ci ildə ekranlara qayıdacaq

Məşhur detektiv Şerlok Holms haqqında çəkilmiş və 2010-ci ildə ekranlara çıxmış serial vaxtilə milyonlarla fanatın qəlbini fəth etmişdi. Serial 4 mövsüm efirdə olmuşdu.

Son.az ölkə.az-a istinadən bildirir ki, izləyicilər serialın 5-ci mövsümünü gözləsələr də, istehsalçılar 4-cü mövsümün sonuncu olduğunu deyərək onları qorxutmuşdular. Səbəb isə aktyorların həddindən artıq yüklənməsi və tamaşaçıları bezdirmək ehtimalı idi.

Lakin 2017-ci ildən sürən bu gözləntiyə, nəhayət ki, son qoyulacaq. Belə  ki, yeni ildən bu teleserial bir-birindən maraqlı yeni bölümləri ilə ekranlara gələcək.

(adsgarden = window.adsgarden || []).push({});