Bakıda 10 massivdə qazlaşma işləri davam edir FOTO


Digərləri 18 Noy 2019 11:36:00 298 0

Bakıda 10 massivdə qazlaşma işləri davam edir  FOTO

"Azəriqaz" İstehsalat Birliyi istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər görüb.

"Azəriqaz"dan Son.az-a verilən məlumata görə, 2019-cu ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

Tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.

Birliyin texniki istismar şöbəsinin hesabatında qeyd edilir ki, respublika ərazisində bu ilin yanvar-oktyabr ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 542,8 km uzunluqda qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı, Sumqayıt və regionlar üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 299,64 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz olunub.