Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"


Şou-biznes 18 Noy 2019 10:18:00 394 0

Azərbaycanlı aparıcı: "Kişi kişi ilə sevişir, kimə ərə gedim?"

“Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”

Heç kimlə, nə sevgili olmaq istəyərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm, mənə kənardan adam lazımdır.

Son.az xəbər verir ki, bunu teleaparıcı-aktrisa Könül Yusifqızı azmedia.az-a verdiyi açıqlamada dilə gətirib.

O, daha sonra "Cinsi azlığı sevə bilərsiniz?" sualına "Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur", - deyərək, fikirlərini bu cür davam etdirib:

"Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir.