İranın Şərqi Azərbaycanında yenə zəlzələ oldu


Digərləri 18 Noy 2019 10:13:00 236 0

İranın Şərqi Azərbaycanında yenə zəlzələ oldu

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Bakı. Elnur Bağışov - İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 04:08-də Sərab rayonunun 21 kilometrliyi, Türkmənçay rayonunun 23 kilometrliyi və Miyana rayonunun Tərk şəhərinin 26 kilometrliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin