Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı VİDEO


Digərləri 18 Noy 2019 09:28:00 316 0

Mirşahin Əli İnsanovun özəlləşdirdiyi mülklərin siyahısını açıqladı  VİDEO

"Real TV"nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verlişində keçmiş Səhiyyə naziri Əli İnsanovla bağlı bəzi məqamları açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müəllif bildirib ki, Ə.İnsanov vəzifədə olarkən qeyri-qanuni şəkildə bir sıra əmlakları özəlləşdirərək zəbt edib.

Mirşahin Ağayev həmin əmlakların bir neçəsini təqdim edib:

1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.

2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və Statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi.

3. Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.

4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.

5. Nəsimi rayonu Azadlıq prospekti 114, Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.