Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar


Dünya 18 Noy 2019 08:19:00 344 0

Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar

Honkonqdakı radikal hökumət əleyhdarları Siyasi Universitetin korpusu yaxınlığındakı körpünü yandırıblar.

Son.az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 19.00 radələrində Honkonq Politexnik Universitetindəki iğtişaşların iştirakçıları tədris mərkəzinin korpusunu metro stansiyası ilə birləşdirən körpünü yandırıblar, çox sayda partlayış səsləri eşidilib.

Alov ərazidə hər kəs üçün təhlükə yaradaraq körpünün altındakı yola da düşüb. İğtişaş iştirakçıları, basqına müdaxilə etməyə cəhd göstərən polisə "molotov kokteyl"ləri atıblar.