Kimlər elektron qaiməfaktura verməkdən azaddır?


Digərləri 18 Noy 2019 02:30:00 284 0

Kimlər elektron qaiməfaktura verməkdən azaddır?

Vergi qanunvericiliyinin tələblərinə əsasən, e-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasının şəffaflığının, eləcə də qeydiyyata alınan əməliyyatların artımına gətirib çıxarıb.

Son.az xəbər verir ki, AZƏRTAC Vergilər Nazirliyinə istinadla bildirib ki, bu barədə iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Elektron qaimə-fakturaların istifadəsinin Vergi Məcəlləsinin 71-1-ci maddəsi ilə tənzimləndiyini söyləyən R. Atakişiyev qeyd edib ki, istər VÖEN-i olan fərdi sahibkar, istərsə də hüquqi şəxs yaradaraq fəaliyyət göstərən şəxslər göstərdikləri hər hansı xidmətə, hər hansı əmtəəni təqdim etdiklərinə görə mütləq qarşı tərəfə e-qaimə verməlidirlər: "Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir".

Ekspert əlavə edib ki, qanunvericilikdə e-qaimə təqdim etməkdən azad şəxslər də nəzərdə tutulub və bu məsələ də Vergi Məcəlləsinin 71-1.1-ci maddəsilə tənzimlənir. Həmin maddəyə əsasən, vergiödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur: "Yəni fərdi şəkildə işləyən və vergi orqanlarında qeydiyyata alınmayan şəxslər elektron qaimə-faktura vermirlər. Məsələn, öz həyatyanı sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarını təqdim edən şəxslər satdıqları məhsullara görə belə, sənəd təqdim etmirlər. Müəyyən müəssisələr bu əməliyyatları alış aktı ilə rəsmiləşdirə bilirlər. Bir sıra hallarda isə dövlət qurumlarının təqdim etdiyi rəsmi sənədlər -mədaxil qəbzləri elektron qaimə-fakturanı əvəz edir".