Çin qoşunları Honq Konqda küçələri təmizləməyə yardım edir


Dünya 17 Noy 2019 21:23:00 322 0

Çin qoşunları Honq Konqda küçələri təmizləməyə yardım edir

Çinin qoşunları şənbə günü Honq Konqda kazarmadan çıxaraq küçələri təmizləməyə yardım edib.

Bu, Xalq Qurtuluş Ordusunun yarı-muxtar ərazinin küçələrinə çıxdığını nadir hallardan biridir.

Orada yerli hökümərin beç aydır davam edən və bəzən zorakı hal alan etirazlara son qoya bilməməsi Pekinin əraziyə qoşun göndərə biləcəyinə dair spekulyasiyaları artırıb.

Onlar əllərində süpürgələr Honq Konqun Baptist Universiteti yaxınlığında küçələri təmizləyib. Polis bu həftənin əvvəli orada etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.