Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır


Digərləri 17 Noy 2019 20:25:00 258 0

Çinin iqtisadi məlumatları proqnozlardan aşağıdır

Çində Oktyabr ayında sənaye istehsalı, pərakəndə satışlar və sərmayələr artım meylini davam etdirmiş olsa da proqnozlardan aşağı qalıblar

Çində açıqlanan iqtisadi məlumatlar proqnozları qarşılamayıb.

Son.az marja.az-a istinadən bildirir ki, Çinin Oktyabr ayı pərakəndə satışları 7.2% artıb. Proqnoz 7.8% idi. Sənaye istehsalı isə Oktyabr ayında 5.4% artım gözlənilməsinə qarşılıq 4.7% artıb.

Yanvar-Oktyabr dövründə investisiyalar illik müqayisədə 5.2% artıb. Bu, 1998-ci ildən bu yana ən yavaş artımdır.

(adsgarden = window.adsgarden || []).push({});