Benzin tarixə qovuşur?


Dünya 17 Noy 2019 17:12:00 276 0

Benzin tarixə qovuşur?

Bu günlərdə bir şirkətin hava ilə sudan araq düzəltdiyi xəbərini vermişdik. Bu dəfə isə tədqiqatçılar suyu oksigen və hidrogenə bölmək üçün effektli katalizator hazırlamağa çox yaxın olduqlarını bildiriblər. Bu isə o deməkdir ki, belə texnologiya sayəsində ekoloji  təmiz yanacaq almaq mümkündür. Yəni sudan alınan yanacağı yandırarkən elə su ayrılacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Dublindəki Triniti kollecdən olan tədqiqatçıların bu araşdırması barədə Phys.org yazıb.

Bildirilir ki, indiyədək "gələcəyin yanacağı"nın hazırlanması hidrogenin istehsalı üçün xeyli enerji sərfinə görə dalana dirənirdi.

Mütəxəssislər aşkar ediblər ki, sudan oksigenin ayrılmasında katalizatorların (OER katalizatorlar) aktivliyini qiymətləndirmək üçün mövcud olan metodlar keçirici metalların (rutenium, manqan, dəmir, mis, nikel və kobalt) əsasında olan bəzi birləşmələrin effektivliyini dəyərləndirmir.  Sən demə, bir çox katalizatorlar molekulyar oksigen yaranandan daha əvvəl elekton oksidləşməyə məruz qalır, bu isə onların aktivliyi üçün kritikdir. 

(adsgarden = window.adsgarden || []).push({});