Şokoladlı desert Usta öz sirlərini açır


Digərləri 17 Noy 2019 16:00:00 303 0

Şokoladlı desert  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi:

Qatılaşdırılmış süd, şokolad, qoz və sport peçenye.

Hazırlanması:

Peçenye ilə qozu doğrayırıq, üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırırıq. Sonra yumrulayıb boşqaba yığırıq. Daha sonra qaba qatılaşdırılmış südü əlavə edib, ocağın üstünə qoyuruq. Qatılaşdırılmış süd isinəndən sonra içərisinə şokoladı əlavə edib əridirik. Şokolad tam əriyib südlə qarışdıqdan sonra ocaqdan götürüb soyuduruq. Şokoladı tam soyutmaq lazım deyil ki, bərkiməsin. Daha sonra qaba şokoladı, üzərinə isə peçenyedən hazırladığımız şirniyyatı əlavə edirik. Üzərinə də şokolad əlavə edib zövqə uyğun bəzəyirik. Daha sonra soyuducuya qoyub 2 saat saxlayırıq. Soyuducudan çıxardıqdan sonra servis edirik.

(adsgarden = window.adsgarden || []).push({});