Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı


Dünya 17 Noy 2019 15:39:00 297 0

Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı

Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.

Mitinq müxalifətdə olan "Demokratiya üçün milyon an" hərəkatı tərəfindən təşkil olunub, iştirakçılar əllərində Avropa İttifaqının və Çexiyanın bayraqlarını tutublar. Aksiya korrupsiyaya qarşı mübarizə və Avropada birlik şüarları altında keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, milyarder baş nazir ya öz biznes strukturlarını satmalıdır, ya da dekabrın 31-nə qədər istefa verməlidir. Əks halda onu yeni və davamlı etiraz aksiyaları gözləyir.

Andrey Babiş "Narazı vətəndaşlar aksiyası" (ANO) hərəkatının lideridir və 2017-ci ildə parlament seçkilərində populist şüarlarla  qalib gələrək baş nazir olub. "Forbes" jurnalının bildirdiyinə görə, 2018-ci ildə Babişin sərvəti 4.3 milyard dollar idi. O, "Agrofert" aqrokimya holdinqinin və bir neçə KİV-lərin sahibidir. Babişə qarşı ilk izdihamlı aksiya bu ilin iyun ayında keçirilmişdi.