Ölümün yeni növü tapıldı


Digərləri 17 Noy 2019 15:30:00 279 0

Ölümün yeni növü tapıldı

Alimlər son 19 ildə ilk dəfə QİÇS -in (HİV) yeni növünü müəyyən ediblər.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki,  Abbott Laboratories şirkəti, Kanzas City, Missuri Universiteti ilə birlikdə aparılan araşdırma nəticəsinə belə qərara gəlib ki, yeni növ ştamm qlobal HİV pandemiyasına səbəb olan viral alt tiplər ailəsindən QİÇS-in M versiyasına aiddir.

Bununla yanaşı, araşdırmaçılar iddia edir ki, narahatlığa heç bir əsas yoxdur. Çünki yeni müalicə metodları yeni tapılan növə qarşı da effektlidir.

Buna baxmayaraq, yeni növ QİÇS-in necə yayıldığını aydınlaşdırır və QİÇS-in diaqnostikasında yeni dəqiq metodikasının yaranmasına əsas verir.

(adsgarden = window.adsgarden || []).push({});