Belarus MSK: Seçici aktivliyi 37,14 faiz təşkil edir


Dünya 17 Noy 2019 14:57:00 276 0

Belarus MSK: Seçici aktivliyi 37,14 faiz təşkil edir

Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, ən böyük seçici aktivliyi Mogilevsk vilayətində qeydə alınıb - 41,36 faiz. Bundan əlavə, Qomel vilayətində - 40,38 faiz, Vitebsk vilayətində - 38,63 faiz, Qrodnensk vilayətində - 37,43 faiz, Brest vilayətində - 35,14 faiz, Minskdə - 29,53 faiz təşkil edib.