Ekspert: "TransXəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur"


Digərləri 17 Noy 2019 12:54:00 331 0

Ekspert: "TransXəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur"

Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur.

Son.az bildirir ki, bunu Trend-ə fransalı ekspert Fransis Perren deyib.

O bildirib ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir:

"Hazırda Türkmənistan boru kəməri ilə əsasən Çinə qaz ixrac edir, amma ölkə ixracın genişlənməsində və şaxələnməsində maraqlıdır. Bu məqsədə çatmaq üçün əsas marşrut Trans-Xəzər boru kəməridir. Bu kəmər Türkmənistan qazının Azərbaycan, Gürcüstan, Türkiyə və ya Azərbaycan, Gürcüstan, Rumıniya vasitəsilə Avropa İttifaqına nəqlinə imkan verəcək".

Onun sözlərinə görə, bu layihə Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənir, çünki qaz tədarükü mənbələrini şaxələndirməyə imkan verəcək: