Bakıda iki minik avtomobili toqquşdu,


Digərləri 17 Noy 2019 10:24:00 272 0

Bakıda iki minik avtomobili toqquşdu,

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.