Bakıda xanım sürücü ağır qəza törətdi


Digərləri 17 Noy 2019 09:49:00 327 0

Bakıda xanım sürücü ağır qəza törətdi

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Zirə-Dübəndi yolunda qeydə alınıb. 

Hadisə zamanı 90-CL-695 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb. 

Qəza zamanı avtomobilə və 10-a yaxın ağaca ziyan dəyib. 

Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin xanım sürücüsünün idarəetməni itirməsi səbəb olub. 

Son.az