2020ci ildə okean və dənizlərdə dünya səyahəti təklif edən qlobal şirkətlər FOTO


Digərləri 16 Noy 2019 23:34:00 342 0

2020ci ildə okean və dənizlərdə dünya səyahəti təklif edən qlobal şirkətlər  FOTO

Okeanları və dənizləri aşaraq ilk dünya səyahəti 1522-ci ildə həyata keçirilib. Portuqaliyalı səyyah Ferdinand Magellanın kapitanı olduğu gəminin də daxil olduğu bu ekspedisiya zamanı onun özü də daxil olmaqla 50 nəfər həlak olub. Üç ildən sonra İspaniyanın Sevilya şəhərinə çatan "Victoria" gəmisində isə cəmi 18 dənizçi olub. Həmin vaxtlar hər bir insanın arzuladığı dünya səyahəti indi müasir və super komfortlu gəmilər sayəsində bir zövq halına gəlib. Bu məqsədlə pul ayıran və 3 aydan 9 ayadək səyahət etməyə hazır olan səyahətçilər üçün dünyanın ən məşhur şirkətləri xüsusi paketlər təklif edir. Həmin firmaların sərəncamında qlobal səyahətə çıxanların bir okeandan digərinə komfortlu keçidini təmin edən ən müasir nəhəng gəmilər var. Səyahət zamanı dünyanın ən görməli məkanlarında, gözəl şəhərlərində fasilə verən gəmi kapitanı kruiz iştirakçılarına mənalı istirahət üçün şərait də yaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "TripAdvsor" konsaltinq şirkətinə məxsus "Cruise Critic" nəşrinin baş redaktoru Kolin MakDeniel 2020-ci ildə dünya səyahətinə çıxanlara müraciətlə deyib: "Gələn il üçün bir çox kruiz şirkətləri mükəmməl konsepsiya təqdim ediblər. Səyahətçilər dalğaların üzərində olduqlarını belə hiss etməyəcəklər, onları rahat və maraqlı kruiz, limanlarda isə ekskursiyalar və şoppinqlər gözləyir. Nəhəng gəmilər böyük limanlara yaxınlaşdıqda, onların sərəncamına kiçik və rahat yaxtalar veriləcək. Gələn il dünya səyahətlərinin qiymətləri də daha ucuz olacaq. Bir paketlə dünyanın ən böyük şəhər limanlarını gəzmək, alacağınız təəssüratlar həyatınızın sonunadək yaddaşınızdan silinməyəcək".

Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi dünya səyahətini daha maraqlı edib. Səyahətçilər bütün kruiz vaxtı olduqları şəhərlərlə, habelə okean və dənizlərlə bağlı təəssüratlarını istədikləri dəqiqə virtual olaraq öz yaxınları ilə bölüşə bilərlər. Bir sıra turizm operatorları u məqsədlə yeni məhsullar təqdim edib. Onları oxuculara təqdim edirik.

"Cunard"

Bu kruiz şirkəti ilk dünya səyahətini 1922-ci ildə həyata keçirib. "American Express"in maliyyə vəsaiti ilə yaradılan Britaniya-ABŞ şirkəti dünya səyahətinin sayına görə rekordçudur. "Cunard" 2020-ci ildə dörd qitə üzrə 38 istiqamətdə kruizlər həyata keçirəcək. 2021-ci ildən etibarən isə şirkətin iki gəmisi Antarktida da daxil olmaqla tam dünya səyahəti paketi təqdim edəcək: "Queen Mary-2" gəmisi ənənəvi Şərq-Qərb, "Queen Victoria" isə Panama kanalından keçərək Şimal-Cənub istiqamətlərində kruiz yerinə yetirəcəklər. Yanvarın 10-da başlayacaq kruiz Nyu-Yorkdan 113, Londondan isə 99 gün davam edəcək.

"Crystal Cruises"

Bu kruiz şirkəti də dünya səyahəti üzrə veteranlardan sayılır. İyirmi ildən çox turizm bazarında olan "Crystal Cruise" 2020-ci ildə 105 günlük kruiz paketi təklif edir. Səyahət ABŞ-ın Mayami kurort şəhərindən başlayacaq və Romada sona çatacaq. Bu şirkət öz müştərilərinə güzəştlər də edir. Belə ki, uzunmüddətli dəniz səyahətindən rahatsız olan sərnişinlər səyahətlərinin qalan hissəsini hava yolu ilə də davam etdirə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});