İstanbulun Miniatürk muzeykompleksi FOTO


Digərləri 16 Noy 2019 23:45:00 230 0

İstanbulun Miniatürk muzeykompleksi  FOTO

İstanbulun tarixi Haliç rayonunda yerləşən "Miniatürk" muzey-kompleksi antik dövrdən başlayaraq Roma, Bizans, Səlçuk və Osmanlı mədəniyyətlərinə aid bir çox tarixi abidələri özündə əks etdirir.

2001-ci il iyunun 30-da təməli atılan, Türkiyənin ilk miniatür parkı olan "Miniatürk" 2003-cü il mayın 2-də ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən təntənəli mərasimlə istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, zəngin memarlıq abidələrinin maketlərini bir araya gətirən məkan İstanbul Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət A.Ş. şirkəti tərəfindən yaradılıb.

"Böyük ölkənin kiçik modeli" adı altında fəaliyyət göstərən muzeydə 134 tarixi abidənin 1/25 kiçildilmiş modeli yer alır. Burada maketləri sərgilənən, Türkiyə və Osmanlı coğrafiyasının seçilmiş tarixi əsərlərindən 62-si İstanbulda, 59-u Anadoluda, 13-ü isə Türkiyə sərhədlərindən kənarda, vaxtilə Osmanlı İmperatorluğuna aid ərazilərdə yerləşir.

Ümumilikdə 60 min kvadratmetr ərazidə inşa edilən "Miniatürk" dünyanın en geniş maket sahəsinə sahib və ən qısa zamanda inşa edilən muzey-kompleksidir.

Maketlər Türkiyənin 10 və xaricdə yerləşən 3 emalatxanada hazırlanıb. Əsasını sənayedə istifadə edilən plastik təşkil edən əsərlərin hazırlanmasında açıq hava şərtlərinə uyğun materiallardan istifadə edilib.

(adsgarden = window.adsgarden || []).push({});