Futbolçunun arvadının adı "eskort" qalmaqalında FOTO


Digərləri 16 Noy 2019 20:45:00 348 0

Futbolçunun arvadının adı "eskort" qalmaqalında  FOTO

Bir müddət Moskvanın "Spartak" klubunda çıxış etmiş braziliyalı futbolçu Luiz Adriano futbol ulduzlarının məftunedici və düşüncəsiz həyatı ilə bağlı stereotipləri qırmaq üçün mübarizə aparır.

Son.az bildirir ki, vətəninə qayıdan futbolçu özü ilə Rusiyadan qarabaşaq, suvenirlər və yeni bir həyat yoldaşı, cazibədar model Yekaterina Dorojkanı aparıb.

Ötən gün cütlük rəsmi şəkildə evləniblər. Adrianonun əvvəlki ailəsi başqa bir rus modelinə görə dağılıb, futbolçunun həyat yoldaşı onu xəyanət etdiyinə görə bağışlamayıb.

32 yaşlı futbolçunun eks həyat yoldaşı Braziliyada üç övladı ilə birlikdə ərinin Moskvadan qayıtmasını gözlədiyi vaxtda, o, rus model sevgilisi ilə eşq yaşayıb.

Ondan sonra Adrianonun həyatında çox şey dəyişib. O, "Spartak" klubunu tərk edib. Keçmiş həyat yoldaşı isə sosial media hesabında "fahişələr hər yerdə var" ifadəsi ilə gündəmə səs salıb.

Luis bu aralarda eşq yaşadığı slavyan əsilli model qızları "əlcək" kimi dəyişməsi ilə sosial medyada gündəmə gəlib.

Futbolçunun arvadı Yekaterina Dorojkanında adı bir sıra qalmaqallarda hallanıb. Bir müddət Yekaterina "Lokomotiv" futbol klubunun üzvü Anton Mirançuk ilə görüşüb. Cütlük münasibətdə olduqlarını təqsdiq etsələr də, bir müddətdən sonra Yekaterina Antondan ayrılıb.

(adsgarden = window.adsgarden || []).push({});