SSRİ ABŞı "sehrli həblər"lə necə aldadıb? MARAQLI FAKTLAR


Digərləri 16 Noy 2019 19:44:00 360 0

SSRİ ABŞı "sehrli həblər"lə necə aldadıb?  MARAQLI FAKTLAR

SSRİ-nin gizli xidmətləri uzun müddət guya astronavtlarda dözümlülüyü artırmağa kömək edən həb icad etdikləri ilə Amerika kəşfiyyatçılarını aldadıblar.

Son.az xəbər verir ki, bu kuryoz hadisəni "Ulduz yolu" idarəsinin ilk rəhbəri Nikolay Rıbkin açıqlayıb.

ABŞ kəşfiyyatçıları, sovet astronavtlarının uzun müddət işləməyə vadar edən, gücverən "möcüzəvi həblər"in olduğuna inanıblar. Buna səbəb kimi isə onların bacarmadıqları yer orbitində uzun uçuşların keçirilməsinə sovet kosmonavtlarının müvəffəq olması idi.

Amerikalılar bu mövcud olmayan dərman haqqında daha çox məlumat toplamaq üçün əllərindən gələn hər şeyi edirdilər.  Bundan sonra ruslar, birgə uçuş zamanı amerikalıları bir az da həvəsləndirmək qərarına gəldilər. Sovet kosmonavtları qəsdən yeməyə oturanda bir həb çıxarıb ABŞ astronavtlarının gözü önündə qəbul edirdilər. Bu həb isə adi soda idi.

(adsgarden = window.adsgarden || []).push({});