Çeynədiyi mixək ağciyərinə düşdü Ölümdən döndü


Digərləri 16 Noy 2019 19:49:00 269 0

Çeynədiyi mixək ağciyərinə düşdü  Ölümdən döndü

Türkiyədə 22 yaşlı qadın son anda ölümdən dönüb. Belə ki, o tənəffüs çatışmazlığından əziyyət çəkdiyi üçün xəstəxanaya müraciət edib. Aparılan ilkin müayinə nəticəsində hər hansı bir problem ortaya çıxmayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, buna baxmayaraq gənc qadının vəziyyəti ağırlaşmağa başlayıb. Boğulmalar yaşayan və nəfəs almaqda çətinlik çəkən şəxsi yenidən müayinə ediblər. Tomoqrafiya edilən xəstənin ağciyərində yad cism aşkarlanıb.

Bəlli olub ki, bir neçə gün öncə xəstınin başı ağrıdığı üçün mixək çeynəyib. Lakin mixək onun sağ ağciyərinə yapışaraq nəfəs almasını çətinləşdirib. Kiçik əməliyyat nəticəsində mixəyi xəstənin ağciyərindən çıxarmaq mümkün olub. Həkimlərin sözlərinə görə, əgər vaxtında aşkarlanmasaydı mixək qadının ölümünə səbəb ola bilərdi.

(adsgarden = window.adsgarden || []).push({});