Min bir dərdin dərmanı Jasmin çayının faydaları


Digərləri 16 Noy 2019 19:39:00 400 0

Min bir dərdin dərmanı  Jasmin çayının faydaları

Jasmin çayı dünyada ən çox seçilən çaylar arasındadır. Bu çay adətən tək hazırlana və ya yaşıl çay ilə birlikdə istifadə edilə bilər. Jasmin ağ və ya sarı rəngli, 2,3 ləçəyi olan çiçəklər açır. Asiyanın tropik bölgələrində təbii olaraq yetişən bu bitki özünəməxsus qoxusuyla məşhurdur.

Son.az medicina.az-a istinadən bildirir ki, Hindistanın bir çox bölgəsində (gül və digər çiçəklərlə birlikdə) bağçalarda və saxsı qablarda bəzək bitkisi olaraq yetişdirilən jasmin qadınlarda saç bəzəyi olaraq və ibadət üçün istifadə edilir. Evlilik mərasimləri, festivallar və dini mərasim rituallarında tez-tez istifadə edilir və bu mərasimlər üçün satışa çıxarılır.

Faydalı xüsusiyyətləri:

-Enerjini artırır

-İmmunitet sistemini gücləndirır

-Yağ yandırmaq üçün istifadə edilır

-Konsentrasiyanı artırır

-Stressi azaldır

-Ürək xəstəliklərindən qorunmaq üçün istifadə edilir

-Xolesterolu salmağa köməkçi olur

-Əzələ ağrılarını yüngülləşdirir

-Soyuq dəymədə yaxşı təsir göstərir

-Şəkər xəstəliyinin müalicəsinə köməkçi olur

(adsgarden = window.adsgarden || []).push({});