Fransada “sarı jiletlilər” yenidən fəallaşdı


Dünya 16 Noy 2019 18:20:00 243 0

Fransada “sarı jiletlilər” yenidən fəallaşdı

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər" aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü şaşkaları tətbiq edib.

Aksiya zamanı azı 16 nəfər saxlanılıb. Bir neçə metro və dəmiryol stansiyası bağlanıb.

Etirazçılar aksiyanın iki gün davam edəcəyini bildirib.