Ukraynada iki gənc qızı vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısında: “Özümü öldürmək üçün qəbiristanlığa getdim...” FOTO


Dünya 16 Noy 2019 16:36:00 312 0

Ukraynada iki gənc qızı vəhşicəsinə qətlə yetirən şəxs hakim qarşısında: “Özümü öldürmək üçün qəbiristanlığa getdim...”  FOTO

Ukraynada universitet tələbəsi olan gənc qızı və onun rəfiqəsini qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılıb.

Türkiyə vətəndaşı olan gənc oğlanın məhkəmədəki ifadəsi hər kəsi təəccübləndirib. O, fırıldaqçılıqla məşğul olduğunu və aylıq gəlirinin 100 min lirə olduğunu deyib.

Hüsnü Can Çökməz adlı gənc Buket Yıldız ilə sevgili olub. Buket Yıldız Ukraynada tibb ixtisası üzrə təhsil alırdı. Ukraynada rəfiqəsi Zeynəb Hüsünbəyi ilə birlikdə yaşayan Buket Yıldız hadisədən bir neçə ay öncə sevgilisi Hüsnü Can Çökməz ilə ayrılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, sevgilisindən ayrılan Hüsnü Can barışıq üçün Ukraynaya yola düşüb. Gənc oğlanın dediklərinə görə o, Ukraynaya barışmaq üçün gedib. Lakin Buket Yılmaz barışma təklifini rədd edərək Hüsnü Cana söyüş söyüb və şillə vurub.

Məhkəmədə ifadə verən Hüsnü Can Çökməz bundan hirsləndiyini və qətli törətdiyini bildirib: "Buket qapını açdı. Ona bir daha barışmaq istədiyimi dedim. Mənə söyüş söydü və məni vurmağa başladı. Mən də əsəbləşdim və olan oldu. Qapını açanda əlində bıçaq var idi. Bıçağı mənə tərəf tutaraq qorxutmağa çalışırdı. Lakin sonra  heç nə etmədən geri çəkildi. Bıçağı ondan necə aldığımı xatırlamıram. Həmin gün Buketlə hansı dialoqun baş verdiyini də xatırlamıram. Onun rəfiqəsi Zeynəbi də necə öldürdüyümü xatırlamıram. Hadisədən sonra 20-25 dəqiqə evdə qaldım. Sonra planşet və telefonları götürərək evdən çıxdım, hadisəni oğurluq kimi göstərmək istədim. Evdən çıxdıqdan sonra ilk olaraq otelə getdim, sonra da Türkiyəyə gəldim. Dostuma zəng etdim. Bu barədə ona hər şeyi dedim. Onların bağ evinə getdik. Burada bir gecə qaldım. Səhərisi gün bıçaq götürdüm, özümü öldürmək üçün qəbiristanlığa getdim. Dostum məndən xəbərsiz polisləri çağırdı, onlar da məni apardılar. Bu qətli törətmək üçün üçün bir plan qurmamışdım".