Parisdə 20dən çox metro stansiyası bağlandı "Sarı jiletlilər"ə görə


Dünya 16 Noy 2019 15:57:00 292 0

Parisdə 20dən çox metro stansiyası bağlandı  "Sarı jiletlilər"ə görə

Bu gün səhər saatlarından Parisdə 20-dən çox metro stansiyası və elektrik qatarları "Sarı jiletlilər"in tərəfdarlarının planlaşdırdığı aksiya ilə əlaqədar bağlanıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti Paris şəhər ictimai nəqliyyat şirkətinə (RATP) istinadən məlumat yayıb.

"16 noyabr şənbə günü polis prefekturasının göstərişi ilə səhər saat 07:00-dan etibarən bəzi metro stansiyaları, keçid məntəqələri ictimaiyyət üçün bağlanıb", - RATP-in açıqlamasında bildirilib.

Xüsusilə, şəhərin əsas prospektindəki stansiyalar, o cümlədən Yelisey ərazisi, Eyfel qülləsi, "Place de la Concorde", parlament istiqamətinə doğu stansiyalar bağlanıb. Həmçinin, bu, 50-dən çox marşrut üzrə işləyən avtobusların da hərəkət sxeminə təsir göstərib.

Bildirilib ki, "sarı jiletlilər"in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.