“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib...


Digərləri 16 Noy 2019 15:08:00 254 0

“Mənə niyə çəp baxırsan?” sözü qanla bitib...

Gəncədə bu ilin oktyabr ayında ailələr arasında baş verən kütləvi dava 17 yaşlı gəncin ölümü ilə nəticələnib. Həmin insident zamanı vəfat edən Əzim Verdiyevin yaxınları istintaqın gedişatından narazıdırlar.

Son.az xəbər verir ki, Ə.Verdiyevin xalası Şəfəq Namazova qafqazinfo-ya müraciət edərək deyib ki, hadisə oktyabrın 22-də Gəncədə "Xan arxı" deyilən ərazidə baş verib.

Ş.Namazovanın sözlərinə görə, Ə.Verdiyev peşə məktəbində bərbər peşəsi üzrə təhsil alıb və atası Elşadın yanında bərbər işləyib. Hadisə günü atası ilə işdən çıxıb evlərinə gedərkən Əzimi dostu Azər Qurbanov zəng edərək "məni təkləyib döyürlər, tez gəl" deyib. O da idman çantasını atasına verərək həmin yerə gedib. Əzim Verdiyev idmanla məşğul olub, bir neçə dəfə turnirlərdə çempion olub. 17 yaşlı Əlimurad Həsənov da Əzimlə birgə bərbərxanada işləyirmiş.

O da Əzimlə Anarın yanına gedib. Həmin yerə çatanda görüb ki, 15 yaşlı Elgün M. onun atası Rövşən, əmisi Heydər, Heydərin oğlu Sərdar və bibisi oğlanları orada Azərlə mübahisə edirlər. Səbəb də budur ki, Azər Elgünün bibisi oğlu Xəyala deyib ki, "mənə niyə çəp baxırsan?", o da cavabında "yaxşı edirəm, mənim baxışım belədir" deyib. Buna görə mübahisələri düşüb. Xəyalgil Salyanda yaşayır, Gəncədə bu söhbətə görə gəliblər.

Əzim onları aralaşdırıb və sakitləşdirərək kənara aparıb. Elgünlə Azər 38 saylı məktəbdə oxuyurlar. Gəzə-gəzə həmin məktəbin yanına gediblər, orada Sərdar cibindən bıçaq çıxarıb. Atası Heydər bıçağı onun əlindən alaraq kənara atıb. Orada qohumlar yenə Azəri döyməyə başlayıblar, Əzim onu digərlərinin əlindən alıb, Azər qaçaraq uzaqlaşıb. "Xan arxı" deyilən yerdə Elgünün atası Rövşən Azəri tutaraq döyüb, başına stol-stul çırpıb. Azər dözməyib yaxınlıqdakı kafeyə girib bıçaq götürərək çıxıb və qışqıraraq "məni niyə öldürürsünüz? Sizin hamınızı vuracam" deyib. Əzim bıçağı onun əlindən alaraq kənara tullayıb. Bu zaman kütləvi dava başlayıb və onlar 7 nəfər kişi Əzim, Əlimurad və Azəri döyməyə başlayıblar.

Həbs olunan Elgün M.