Bakıda 2 yük maşını toqquşdu, 25 yaşlı oğlan öldü


Digərləri 16 Noy 2019 13:26:00 250 0

Bakıda 2 yük maşını toqquşdu, 25 yaşlı oğlan öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, Sabunçu rayonu, Şəhər şosesindəki "Rahat" marketin qarşısında Füzuli rayon sakini Məmmədov Xəyyam Niyaz oğlu idarə etdiyi 90 JG 469 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü İslamov Soltanəli Güləli oğlunun idarə etdiyi "Hovo" markalı 90 NR 159 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində "Qazel" markalı avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Məmmədov Namiq Xəyyam oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin