Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"


Digərləri 16 Noy 2019 13:07:00 364 0

Milli Onkologiya Mərkəzinin direktor müavini: "Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb"

Son illər ərzində Azərbaycanda xərçəng xəstələrinin sayı artıb. Bununla yanaşı, xərçəng xəstəliyindən ölənlərin də sayı çoxalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Uroonkologiya Simpoziumunda Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev deyib.

Onun sözlərinə görə, ölüm hallarının artmasının əsas səbəbi xəstələrin həkimə çox gec müraciət etməsidir. Xəstələr həkimə xərçəng xəstəliyinin 3-4-cü mərhələsində müraciət edirlər ki, belə xəstələr də ümumi xəstələrin sayının 50 faizini təşkil edir.

F.Quliyev digər ölkələrdə bu göstəricinin daha aşağı olduğunu nəzərə çatdırıb: "Qazaxıstanda, Ukraynada bu göstərici 25, Belarusda 15 faizə qədərdir".