Sumqayıtda zavodda 12 nəfər qazdan


Digərləri 16 Noy 2019 12:32:00 278 0

Sumqayıtda zavodda 12 nəfər qazdan

Sumqayıt şəhərində qazdan zəhərlənmə olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin sənaye zonasında yerləşən SOCAR Polimer zavodunda qeydə alınıb. Belə ki, orada çalışan işçilərdən 12 nəfər istehsalat prosesində hidrogen tərkibli qazdan zəhərlənib.

Zəhərlənənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə Sumqayıtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.