Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü


Digərləri 16 Noy 2019 12:23:00 258 0

Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanı qətlə yetirib.

Qətlə qadının boşanmaq istəməsi səbəb olub.

Kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub.