Generalın qohumunu qətlə yetirənlər məhkəmə qarşısında


Digərləri 16 Noy 2019 12:28:00 333 0

Generalın qohumunu qətlə yetirənlər məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Həmid Babaverdiyev, Rüfət Bünyadzadə, Cahandar Cavadlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 25-nə təyin edilib.

Bu il avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyadzadə saxlanılıblar.