Dizlərimiz niyə ağrıyır?


Digərləri 15 Noy 2019 23:35:00 325 0

Dizlərimiz niyə ağrıyır?

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir. Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmayın və həkimə müraciət edin.

Son.az medicina.az-a istinadən bildirir ki, dizlərdə olan ağrılarla (ağrıların səbəbindən asılı olaraq) revmatoloq, travmatoloq və ortoped məşğul olur.

Dizlərdə olan ağrıların səbəbləri:

-Diz oynağın artroz xəstəliyi (qonartroz)

-Menisklərin zədələnməsi (meniskopatiya)

-Oynağın iltihabı (artrit)

-Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz)

-Diz oynaqlarda qan dövranın pozulmaları

-Diz vətərlərin iltihabı

-Diz oynağın artroz xəstəliyidizdə olan ağrıların ən yayılmış səbəblərdən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir.

Xəstəlik asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər, demək olar, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.

Xəstəliyin növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq deformasiya olunur (öz normal formasını dəyişir). Qonartrozun bütün əlamətləri (ağrı, oynağın deformasiyası) illər keçdikcə daha da ağırlaşır, xəstə çətinliklə gəzir, köməksiz stuldan dura bilmir və s.

-Menisklərin zədələnməsidə dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk oynağın içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş dövründə ola bilər. Əksər hallarda 1 oyaq zədələnir.

(adsgarden = window.adsgarden || []).push({});