Bu vərdişlər onurğanı çökdürür


Digərləri 15 Noy 2019 22:25:00 217 0

Bu vərdişlər onurğanı çökdürür

Biz çox fikir verməsək də, hamımız oturub-duranda müəyyən formalara daha çox öyrəşirik. Bunlardan bir qismi vaxt keçdikcə qamətimizə və ümumi sağlamlığımıza mənfi təsir göstərə bilər.

Son.az medicina.az-a istinadən sizə sağlamlığımıza mənfi təsir edən və tez-tez rast gəlinən vərdişləri təqdim edir:

Başı aşağı telefon işlətmək Demək olar ki, müasir  həyatı telefonsuz təsəvvür etmək mümkün deyil. Smartfonlar gündəlik işlərimizdə vacib köməkçimizdir. Amma bəzi hallarda smartfondan istifadə etdikdə biz başımızı qarşıya aparıb uzun müddət çox narahat bir pozisiyada qalırıq. Məsələ ondadır ki, bizim başımızın çəkisi bədənimizin orta oxundan uzaqlaşanda 25-30 kiloya qədər qalxır. Bu da boyun əzələ və onurğa strukturlarının həddən artıq yüklənməsidir. Bu isə gələcəkdə onurğa sütununun zədələnməsinə səbəb ola bilər. Bunu aradan qaldırmaq üçün telefon işlətdikdə onu göz səviyyəsində saxlamaq məsləhətdir.   Uzun müddət oturaq halda qalmaq Çox oturanda vücudumuzun əzələləri və onurğamızın strukturları həddən artıq yüklənir, zəifləyir və zədələnməyə daha meylli olur. Bu bir müddətdən sonra ağrı və digər problemlərə yol aça bilər. Bir vaxtlar xarici tibdə geniş yayılmış  "oturmaq vərdişi-yeni siqaret çəkmək vərdişidir" ifadəsi mübahisəli olsa da, həqiqətən oturaq və hipodinamik həyat tərzinin sağlamlığımıza mənfi təsiri haqqında müasir tibdə çox məlumatlar var.

Beləliklə, iş rejiminiz oturaqdırsa, çalışın hər 20-30 dəqiqədən bir durun və 2-3 dəqiqə hərəkət edin. Bu əzələ və onurğa strukturunun qan dövranı üçün vacibdir.

Telefonu çiynimizlə saxlama vərdişi Adətən vaxt çatışmazlığı bizi eyni anda bir neçə iş görməyə vadar edir. Bir çoxumuz telefonla danışanda əllərimizlə başqa iş görmək istəyir və bu səbəbdən onu çiyinlə sıxıb saxlayırıq. Bu vərdiş çiyin, boyun, kürək əzələləri həddən artıq yükləyir və strukturlarda gərginlik yaradır. Bunun əvəzində iş görəndə xüsusi qulaqcıqlardan istifadə edin.

(adsgarden = window.adsgarden || []).push({});