Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı
Digərləri 15 Noy 2019 22:31:00 289 0
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Kərimov Hacı Müzəffər oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: milli.az