Salam əvəzinə qarğış deyənlərə cavab


Digərləri 15 Noy 2019 22:15:00 303 0

Salam əvəzinə qarğış deyənlərə cavab

Həzrət Muhəmməd (s) Mədinədə yaşayarkən yəhudilərdən bir dəstəsi peyğəmbərlə üzləşdikdə "Əssəlamu əleykə" əvəzinə deyirdilər: "Əssamu əleyk". "Sam" ərəb dilində "ölüm, həlakət və xəstəlik" mənasındadır. Yəni yəhudilər "Salam olsun sənə" əvəzinə deyirdilər: "Ölüm və həlakət olsun sənə".

Allahın Rəsulu (s) bu təhqiramiz cümlələri eşidirdi, ancaq böyüklük və mərhəmətindən onun üstünü vurmurdu və onları cəzalandırmırdı.

Hər dəfə yəhudilərdən biri peyğəmbərə "Əssamu əleyk" deyəndə, Həzrət Peyğəmbər (s) onların cavabında ancaq "əleyk" deyirdi. Yəni hər nə deyirsən, özünə olsun. Bu tərtiblə yəhudilərin qarğış və söyüşlərini nə özünə çəkirdi, nə də onların qarğışlarını cavabsız qoyurdu.

Bir gün Allahın Rəsulu (s) Aişənin evində idi. Yəhudilərdən bir neçəsi əziz Peyğəmbərin (s) yanına gəlib, "Əssamu əleyk" dedilər.

Aişə tab gətirməyib pərdə arxasından fəryad etdi: "Ölüm, həlakət, lənət və qəzəb sizin özünüzə olsun".

Həzrət Peyğəmbər (s) Aişəni bundan çəkindirib dedi: "Ağzından çıxan söyüş əgər bir şəkil və surətə girsə, pis və qəbahətli şəklə düşər, bu pis surət ölümdən sonra həmişə səninlə birgə və sənin həmrahın olacaq, sənə əzab verəcək.

(adsgarden = window.adsgarden || []).push({});