Zərdabda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub FOTO


Digərləri 15 Noy 2019 21:26:00 258 0

Zərdabda 4 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub  FOTO

Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən qurulması yekunlaşan Zərdab-Qaravəlli avtomobil yolu da bu cür layihələrdəndir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Zərdab rayonunda cari ildə tərtib olunmuş tədbirlər planına əsasən, icrası yekunlaşdırılan yol layihələrindən biri 11.4 km uzunluğa malik Zərdab-Qaravəlli avtomobil yolunun yenidən qurulması layihəsidir.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolundan ayrılan yerli əhəmiyyətli avtomobil yolu IV texniki dərəcəlidir və 4 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxarıb.

Layihə çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib.

(adsgarden = window.adsgarden || []).push({});