İşğal başa çatdıqdan sonra Qarabağda tolerantlıq mühiti yenidən bərpa olunacaq - Tural Gəncəliyev


Digərləri 15 Noy 2019 18:25:00 242 0

İşğal başa çatdıqdan sonra Qarabağda tolerantlıq mühiti yenidən bərpa olunacaq - Tural Gəncəliyev

Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nümayəndə heyəti ABŞ-a səfərləri çərçivəsində Los Anceles Tolerantlıq Muzeyinin direktoru xanım Liebe Geft tərəfindən qəbul edilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nümayəndə heyəti ABŞ-a səfərləri çərçivəsində Los Anceles Tolerantlıq Muzeyinin direktoru xanım Liebe Geft tərəfindən qəbul edilib. Bu barədə Trend-ə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev məlumat verib. O bildirib: "Heç şübhəmiz yoxdur ki, erməni işğalı başa çatdıqdan sonra Qarabağda tolerantlıq mühiti yenidən bərpa olunacaq!". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin