Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi


Digərləri 15 Noy 2019 18:11:00 297 0

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Azərbaycan xalqı hər zaman Albert Aqarunovu xatırlayıb, buna görə onlara öz təşəkkürümü bildirirəm.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışında iştirak edən qardaşı Rantik Aqarunov deyib.

O, Trend vasitəsi ilə Azərbaycan xalqına təşəkkürünü bildirib: "Mən 25 ildir İsraildə yaşamağıma baxmayaraq, hər il qardaşımın doğum və anım günündə buraya gələrək onu yad edirəm. Bu illər ərzində Bu gün isə onun adına ucaldılan heykəlin açılışı baş tutub. Bu işdə əziyyəti keçən hər kəsə də öz minnətdarlığımı bildirirəm".

Heykəli Ömər Eldarovun rəhbərliyi altında hazırlayan heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayev isə bildiriblər ki, bu cür əsərin onlara həvalə olunduğuna görə özlərini çox xoşbəxt hiss edirlər.