“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?”


Şou-biznes 15 Noy 2019 17:34:00 276 0

“Özümü niyə ucuz seriallarda xərcləməliyəm?”

"Mən yalnız filmlərə çəkilirəm. "Çölçü", "Yarımçıq xatirələr", "Vəkil hanı?", "Dərvişin qeydləri" və sairə".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan "Gün başladı" proqramında Əməkdar artist Bəhruz Vaqifoğlu deyib.

O bildirib ki, hər il boş rolda oynadığı film olduğuna görə kommersiya məqsədilə seriallarda və reklamlarda yer almır:

"Baxıram ki, hər ilimə baş rolda bir dövlət filmi düşürsə, özümü niyə ucuz reklamlarda, seriallarda xərcləməliyəm? Düzdür, o qədər tanınmıram. Amma kino ilə bağlı mövzularda gənc aktyor olaraq məni verilişlərə çağırırlarsa, bu, mənim üçün hər şeyi ötüb-keçir".

(adsgarden = window.adsgarden || []).push({});