Bakı metrosu 25 eskalator alıb


Digərləri 15 Noy 2019 15:19:00 258 0

Bakı metrosu 25 eskalator alıb

"Bakı Metropoliteni" 25 ədəd yeni eskalator alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə başçısının "Bakı Metropoliteni"nə ayırdığı vəsaitdən tam səmərəli şəkildə istifadə edilir:

"Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə "Bakı Metropoliteni" üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Bu vəsait hesabına metronun "Sahil", "Şah İsmayıl Xətai" stansiyaları təmir edilib, yeni vaqonlar, eskalatorlar alınıb.

Onu da qeyd edim ki, "Sahil", "Şah İsmayıl Xətai" stansiyası, eləcə də, hazırda inşaat işləri tamamlanmaqda olan şərti adı "B3" olan stansiya üçün 25 ədəd yeni eskalator alınıb.

Eskalatorlardan dördü "Sahil", dördü "Şah İsmayıl Xətai" stansiyasında yerləşdirilib. Digər 17 eskalator isə "B3" stansiyasında yerləşdiriləcək. Eyni zamanda, dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, metronun sərəncamında qalan vəsait hesabına da bir sıra işlər görülüb.