Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub?


Digərləri 15 Noy 2019 15:04:00 266 0

Bakıda qulaqları boynunda, ağzı olmayan uşaq necə doğulub?

Anomaliyalı uşağın dünyaya gələcəyi hamiləlik dövründə ortaya çıxır. Ya hamiləlik dövründə həkimə müraciət edilməyib, ya da həkim səhlənkarlığı olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər qəribə görünüşlə dünyaya gələn uşaqla bağlı cəmiyyətdə gedən geniş müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, sadəcə, genetik pozuntudur:

"İnsanlar qəbul etməsə də, belə hallar daha çox qohum evliliklərində meydana çıxır. Bir nəsildə olmasa belə, nə zamansa bu, özünü büruzə verəcək. Belə hallar genetik mutasiya zamanı baş verir. Bu, irsi faktorla da bağlı ola bilər, hamiləlik zamanı qadının həyat tərzindən də asılıdır.

Sözün düzü, məlumatlı deyiləm ki, həmin qadın hamiləlik dövründə həkim müayinələrinə gedib, yoxsa getməyib. Çünki ola bilməz ki, müayinə zamanı bu məqam bilinməsin. Həkim bunu təyin edib valideynə məlumat verir ki, belə bir döl inkişaf edir. Artıq uşağın dünyaya gəlməsi və ya hamiləliyin sonlandırılması qərarını valideyn verir. Cəmiyyətdə uşağın fotolarını görənlər təəccüblənirdi, sosial şəbəkələrdə şahid olmuşam.

Amma genetik xəstəliklərin də risk faktorları var. Məsələn, irsiyyətdə hər hansı genetik faktor varsa, hamiləlik zamanı ana ağır fiziki iş görəcəksə, radiasiyaya məruz qalacaqsa, normal gedişatdan əlavə, xüsusi həkim nəzarətində saxlanılmalıdır.

Eyni zamanda, irsi genetik xəstəliklərin yoxlanılması üçün müxtəlif analizlər var. Hətta bu gün daun sindromunun da təsbit edilməsi üçün analizlər mövcuddur. Ona görə, açığı düşünmürəm ki, bunu həkim bilsin, amma deməsin. Elə hamilələr var ki, doqquz ayda heç doqquz dəfə həkimə getməyib.

Doğum zamanı da ya bu cür anomaliyalar olur, ya uşaq, ya da ana həyatını itirir. Mən demirəm ki, həkimlərdə səhlənkarlıq yoxdur, amma hər bir halda bu məqam araşdırılmalıdır".

V.Qarayev anomaliya ilə dünyaya gələn uşağın vəziyyətinin enerji içkiləri ilə bağlı olabilmə ehtimalının əsassız olduğunu deyib:

"Ümumiyyətlə, enerji içkilərinin nəsilartırma məsələsinə təsirinin olması elmi cəhətdən sübut edilməyib. Amma enerji içkilərinin insanlarda, xüsusilə də uşaqlarda mədə-bağırsaq sisteminə, ürəyə, eləcə də, mərkəzi sinir sisteminə kifayət qədər ziyanı var".

(adsgarden = window.adsgarden || []).push({});